CƏMİYYƏT


DYP moped sürücülərinə müraciət edib

DYP moped sürücülərinə müraciət edib

Bakı, 11 mart, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) moped sürücülərinə müraciət edib.

İdarənin şöbə rəisi Rövşən Tağıyev AZƏRTAC-a bildirib ki, son vaxtlar əksər insanlar moped sürücülərindən şikayət edir.

Belə ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, heç bir təhlükəsizlik avadanlıqlarından istifadə etmir, yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozurlar.

Moped sürücülərinin çoxu kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda ölüm və xəsarətlə nəticələnə bilir.

“Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s.) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, kobud qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”, -deyə şöbə rəisi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.