DÜNYA


D VİTAMİNİ QADINLARIN QANINDA ŞƏKƏRİN SƏVİYYƏSİNƏ VƏ ƏHVAL-RUHİYYƏSİNƏ NƏZARƏT EDİR

Loyola Universitetinin alimləri ilin soyuq aylarında D vitaminin əhəmiyyətini bir daha təsdiq etmişlər. Qış aylarında günlər qısalır və insanlar vaxtlarını daha çox qapalı yerlərdə keçirirlər. Bu vaxt D vitamini köməyə gəlir.

Lakin D vitaminin səviyyəsinin artması üçün təkcə qidalanma kifayət deyildir. O, orqanizmə qida məhsulları ilə birlikdə Günəş şüalarının təsiri altında və vitamin kompleksləri ilə düşməlidir. Qanda D vitamininin səviyyəsi bir milli litrə 30-60 nanoqram olmalıdır.

Alimlər D vitamininin qanda şəkərin səviyyəsinə də təsirini öyrənmişlər. Depressiya insulin çatışmazlığı üzündən əmələ gəlir, deməli, diabet depressiyanın əmələ gəlməsinə səbəb ola bilər. Qadınlar depressiyalara daha meyillidirlər və qanda şəkərin səviyyəsinə yaxşı nəzarət edə bilmirlər.

D vitamini orqanizmin insulinə müqavimətini azalda bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.