REGİONLAR


Dadlı, ətirli Lənkəran düyüsü FOTO

Lənkəran, 20 oktyabr, foto R.İsmayılov, AZƏRTAC

Ölkəmizdə kənd təsərrüfatının ənənəvi əkin sahələrinin, o cümlədən çəltikçiliyin inkişafının təmin edilməsi dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahədə fermerlər və məhsul istehsalçıları üçün geniş imkanlar açıb.

AZƏRTAC xəbər verir ki, Lənkəran-Astara zonasında subtropik torpaq-iqlim şəraitində yetişdirilən düyü dadı və xüsusi ətrinə görə dünyada yetişdirilən düyülərdən fərqlənir. Belə bölgələrimizdən olan Lənkəranda çəltik sahələri ildən-ilə genişlənir.

Bu il rayonda 730,5 hektar sahədə çəltik əkini aparılıb. Məhsuldarlığın 40 sentner, düyü istehsalının isə 2900 tondan çox olacağı gözlənilir.

AZƏRTAC Lənkəranın çəltik sahələrindən çəkilən fotoları təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.