DÜNYA


Dağ qorillasını öldürən ovçu 11 il həbs cəzasına məhkum edilib

Bakı, 31 iyul, AZƏRTAC

Dağ qorillasını Uqandada öldürmüş ovçu Feliks Byamukama 11 il həbs cəzasına məhkum edilib. Bu barədə BBC məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmədə F.Byamukamanın vəkili onun özünümüdafiə məqsədilə qorillanı öldürdüyünü sübut etməyə çalışsa da, hakimlər bu izahatı qəbul etməyiblər.

Uqandanın Bvindi qoruğunda yaşayan Rafiki adlı 25 yaşlı erkək qorilla iyunun 2-də ölü vəziyyətdə tapılıb. Yarasından qorillanın nizə ilə deşildiyi görünürdü. Polis axtarışa başlayıb və şübhəli bilinən şəxs ovçu aləti ilə qonşu kənddəki qoruqda aşkarlanıb. Feliks Byamukama Bvindi ərazisində kiçik heyvanların ovuna çıxdığını etiraf edib. Bundan başqa, F.Byamukamanı müşayiət edən üç nəfər saxlanılıb. Onları da məhkəmə gözləyir.

Dağ qorillaları Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən məhvolma təhlükəsi son həddə çatmış növlərin siyahısına daxil edilib. 1985-ci ildə vəhşi təbiətdə cəmi 300 dağ qorillası var idi. Lakin beynəlxalq birliyin, Uqanda, Ruanda və Konqo Demokratik Respublikası hökumət orqanlarının səyləri nəticəsində onların sayında artım baş verir. 2019-cu ilin məlumatına görə, onların sayı 1063-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.