REGİONLAR


Dağıstan Xalq Məclisinin nümayəndə heyəti Lənkərana səfər edib

Lənkəran, 15 mart, Bağır Əliyev, AZƏRTAC

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti Lənkəranda iki günlük səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində dağıstanlı qonaqlar şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüblər.

Qeyd olunub ki, Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan ilə Dağıstan arasında mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir, xalqlarımız əsrlərdən bəri sülh və dostluq şəraitində yaşayırlar.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Dağıstanlı qonaqlar Lənkəranda Olimpiya İdman Kompleksinə, İstisu Müalicə Sanatoriyasına, xalça fabrikinə, “Yaşıl çay” fermer təsərrüfatına, “Hallabonq” sitrus plantasiyasına baş çəkərək, görülən işlərlə və yaradılmış şəraitlə yaxından tanış olublar.

Qonaqlar, həmçinin Lənkəran şəhərində Heydər Əliyev Xatirə Parkı, Qala xiyabanına, Tarix Diyarşünaslıq Muzeyinə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adını daşıyan parka, “Mayak” qalasına, Azərbaycanlıların soyqırımı abidə-kompleksinə və digər görməli yerlərə də baş çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.