CƏMİYYƏT


Dağıstan turunun sayının az olması onu ov predmeti çərçivəsindən kənara çıxarır

Bakı, 28 sentyabr, AZƏRTAC

Dağıstan turunun sayılması prosesi həyata keçirilib. İlkin müşahidələrə görə onun sayında nisbətən azalmalar müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

F.Əliyevin sözlərinə görə, həmin heyvanın ov predmeti olması üçün müddət var. Lakin ilkin müşahidələr onu deməyə əsas verir ki, onun sayı kifayət qədər deyil. Dağıstan turunun sayının az olması onu ov predmeti çərçivəsindən kənara çıxarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.