İQTİSADİYYAT


Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılacaq

Moskva, 31 oktyabr, AZƏRTAC

Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılacaq. Bunu jurnalistlərlə keçirdiyi görüşdə Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bəyan edib.

AZƏRTAC xəbər verir ki, V.Vasilyev əlavə edib: “Mən bu məsələdə heç bir maneə görmürəm. İnsanların marağına xidmət edəcək bu dəmir yolu əlaqəsi iqtisadiyyatımızın inkişafına da kömək edəcək”.

Qeyd edək ki, bununla yanaşı, Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Mahaçqala və Bakı arasında birbaşa aviareysin açılması üzrə əməkdaşlığa dair memorandum da imzalanıb. Sənədi Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov imzalayıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.