CƏMİYYƏT


Dağıstanda “Samur” Milli Parkı yaradılacaq

Moskva, 21 fevral, AZƏRTAC

Dağıstanda “Samur” Milli Parkı yaradılacaq.

AZƏRTAC xəbər verir ki, park Azərbaycanla sərhəddə yerləşən Samur meşəsini də əhatə edəcək.

Dağıstanın təbii sərvətlər və ekologiya naziri Nabiyulla Karaçevin sözlərinə görə, təxminən 56 min hektar sahəni əhatə edəcək park bu ilin sonunadək istifadəyə veriləcək. Nazirin fikrincə, “Samur” Milli Parkı yerli flora və faunanın qorunub saxlanması ilə yanaşı, respublikaya turist axınının artmasına da səbəb olacaq.

Qeyd edək ki, Samur meşəsinin bir hissəsi Xaçmaz rayonunun ərazisində yerləşir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.