CƏMİYYƏT


Dağıstanda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azərbaycanlılar xəsarət alıblar

Moskva, 20 sentyabr, AZƏRTAC

Dağıstanda iki minik avtomobilinin və mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, on nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə Dağıstanın Kayakənt rayonu ərazisində, “Qafqaz” federal avtomobil yolunun 884-cü kilometrliyində baş verib. Qəza nəticəsində mikroavtobusdakı Azərbaycan vətəndaşları xəsarət alıblar. Həlak olanlar Dağıstanın Axınt və Kayakənt rayonlarının sakinləridir.

İlkin ehtimala görə, hadisə zamanı Yeni Kayakənt kəndinin sakininə məxsus “Hyundai Solaris” markalı avtomobil qarşı yola çıxaraq Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” mikroavtobusu və sonra “Lada Qranta” avtomobili ilə toqquşub. Nəticədə “Lada Qranta” avtomobilinin sürücüsü və “Hyundai Solaris”in sərnişini həlak olublar. İçərisində azərbaycanlıların olduğu mikroavtobusun sərnişinləri xəsarət alıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.