SİYASƏT
Dağıstanda keçirilmiş parlament seçkilərində dörd azərbaycanlı deputat mandatı qazanmışdır
Bakı, 18 mart (AZƏRTAC). Martın 13-də Rusiya Federasiyası Dağıstan Respublikasında növbəti parlament seçkiləri keçirilmişdir.
Bu seçkilərdə dörd azərbaycanlı deputat mandatı qazanmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seçkilərdə Dərbənd şəhərindən Xanlar Paşabəyov və Nökər Surxayev, Dərbənd rayonundan isə Nəriman Qurbanov və Əhmədxan Qurbanov qalib gəlmişlər.
Parlament seçkilərində 1 milyon 492 min 564 seçici qeydə alınmış və 6 partiya mübarizə aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]