DÜNYA
Dağıstanda kilsədə silahlı insident nəticəsində ölənlərin sayı beş nəfərə çatıb
Moskva, 18 fevral, AZƏRTAC
Dağıstanın Kizlər şəhərində yerli sakinin Maslenitsa bayramının iştirakçılarına atəş açması nəticəsində ölənlərin sayı beş nəfər çatıb.
AZƏRTAC xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə insanlara atəş açan şəxs Dağıstanın Tarumosk rayonunun sakini 22 yaşlı Xəlil Xəlilovdur. O, cavab atəşi nəticəsində öldürülüb.
Hadisə nəticəsində dörd qadın kilsənin həyətində, daha bir qadın isə xəstəxanada ölüb. Yaralılardan üçü Rusiya Milli Qvardiyasının əsgərləridir.
Rusiya Təhqiqat Komitəsinin Dağıstan Respublikası üzrə İdarəsindən bildiriblər ki, hadisə ilə bağlı cinayət işi açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [21:38]
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [21:25]
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
- 18.04.2024 [21:00]
Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir
- 18.04.2024 [20:29]
Türkiyədə zəlzələ olub
- 18.04.2024 [19:30]
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [19:29]
Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb
- 18.04.2024 [19:24]
Gürcüstanda torpaq sürüşməsi baş verib
- 18.04.2024 [17:06]