CƏMİYYƏT


Dağıstanda məişət tullantılarını zibil qutusuna atan insana heykəl qoyulacaq

Bakı, 24 aprel, AZƏRTAC

Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində məişət tullantılarını zibil qutusuna atan insana heykəl ucaldılacaq. Heykəl “Kaspiyskin nümunəvi sakini” adlandırılacaq.

AZƏRTAC “İstehsalat ekologiyası” saytına istinadla xəbər verir ki, səliqəli insana heykəl qoymaq ideyası tikinti şirkətlərindən birinə məxsusdur.

Şirkət nümayəndələrinin sözlərinə görə, onlar bu addımı atmaqla həmvətənlərinə təmizliyə riayət etməyin necə vacib olmasını xatırladırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.