CƏMİYYƏT


Dağıstanda su quşlarının kütləvi şəkildə tələf olması qeydə alınıb

Bakı, 4 mart, AZƏRTAC

AZƏRTAC “Molodej Dagestana” nəşrinə istinadla xəbər verir ki, Xəzər Ətraf Mühit Mühafizə Mərkəzinin mütəxəssisləri Dağıstanda su quşlarının kütləvi şəkildə tələf olunması faktını qeydə alıblar.

Mərkəzdən verilən məlumata görə, Muraveynik və Aqrahanski körfəzlərində qu quşu, yaşılbaş ördək, ördək, qırmızıbaş maygülü, qaşqaldaq və çölördəyi, ümumilikdə təqribən 300 cansız quş aşkar edilib.

Mərkəzin məlumatında bildirilir ki, mütəxəssislər tədqiqat üçün bioloji materialı seçib Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun laboratoriyasına çatdırıblar. Quşların qırılması səbəbləri araşdırılır.

Quşların məhvi səbəblərinin araşdırılması işinə Mahaçqala rayonlararası Ətraf Mühit Prokurorluğu da qoşulub. İdarənin mütəxəssisləri tərəfindən də bioloji material götürülüb və tədqiqat üçün göndərilib.

“Nəzarət tədbirləri zamanı ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması qiymətləndiriləcək. Yoxlamanın nəticələrinə əsasən, əsasların mövcud olacağı təqdirdə, prokurorluğun cavab tədbirləri görüləcəkdir”. Bu barədə Dağıstan prokurorluğunun məlumatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.