REGİONLAR
Dağlardan qopan böyük qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb – YENİLƏNİB
Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Dağlardan qopan böyük qaya parçalarının Quba-Xınalıq yolunun hərəkət hissəsinə düşməsi nəticəsində yol bağlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət hadisəsi aprelin 11-i saat 15:50 radələrində yolun 36-cı kilometrliyində baş verib.
Hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun əməkdaşları və xüsusi texnika cəlb edilib.
Dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkəti davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün deyil. Ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]