CƏMİYYƏT


“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və “ASAN Radio” yeni layihəyə start veriblər

Bakı, 7 sentyabr, AZƏRTAC

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi “ASAN Radio” ilə birgə yeni layihəyə start verib. Layihə “Qarabağnamə” adlanır.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “Qarabağnamə” həftədə bir dəfə “ASAN Radio” 100 FM dalğasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Beynəlxalq məsələlər şöbəsinin müdiri Aybəniz İsmayılovanın təqdimatında efirə gedəcək.

İcmanın ilk radio layihəsi olan “Qarabağnamə” Ermənistan tərəfindən məhv edilən tarixi, mədəni, dini irsimizin təbliğini diqqətdə saxlayacaq. Rəngarəng rubrikalarla dinləyicilərin görüşünə gələcək verilişdə qaçqın və məcburi köçkünlərin qayğıları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti ilə bağlı yeniliklər də dinləyicilərin diqqətinə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.