CƏMİYYƏT


Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Facebook”dakı hesabına rəsmi təsdiqlənmə nişanı verilib

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Facebook” sosial şəbəkəsindəki hesabına rəsmi təsdiqlənmə nişanı verilib.

Bu barədə AZƏRTAC-a “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyindən bildirilib.

Qeyd olunub ki, təsdiqlənmə nişanı “Facebook” tərəfindən yalnız çox axtarılan, haqqında müxtəlif mənbələrdə çoxlu materiallar dərc olunmuş müvafiq hesab və səhifələrə verilir.

Bir müddət əvvəl ermənilər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinə məxsus sosial media hesablarını kütləvi şikayət etdirərək bağlatdırmağa çalışmalarına baxmayaraq, vətəndaşlarımızın dəstəyi nəticəsində bu təhlükə aradan qaldırılıb.

“Aparılan davamlı işlər nəticəsində ermənilərin işğal altındakı Qarabağ bölgəsinin azərbaycanlı əhalisinə yönələn antitəbliğat cəhdlərinin qarşısı alınıb.

Qarşı tərəfi narahat edən fəaliyyətimiz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü tam bərpa edilənə və öz doğma torpaqlarımıza qayıdana qədər qətiyyətlə davam etdiriləcəkdir. Bu fəaliyyətimizdə bizə dəstək olan bütün Azərbaycan vətəndaşlarına və beynəlxalq ictimaiyyətin ədalətli mövqe tutan üzvlərinə təşəkkür edirik!”, - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.