Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dağlıq Qarabağ münaqişəsində yeni dövr: şərtləri Azərbaycan diktə edir

Dağlıq Qarabağ münaqişəsində yeni dövr: şərtləri Azərbaycan diktə edir

Bakı, 13 oktyabr, AZƏRTAC

Ermənistan dövlətinin 1918-ci ilin mayında tarixi Azərbaycan torpaqlarında yaradıldığı faktdır. Hadisələrin sonrakı gedişi zamanı Ermənistan Sovet Rusiyasının köməyilə Azərbaycan torpaqlarını ələ keçirməkdə davam etdi. Zəngəzurun Azərbaycandan qoparılması isə mahiyyət etibarilə yalnız yeni torpaqlar ələ keçirilməsi olmayıb, Naxçıvan bölgəsini Azərbaycanın digər torpaqlarından ayırdı, türk dünyasını parçaladı. Azərbaycanın tərkibində 1923-cü ilin iyununda Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə Ermənistanın geostrateji mövqeyi daha da möhkəmləndirildi. Ermənistan bundan istifadə edərək dəfələrlə Dağlıq Qarabağa ərazi iddiasını irəli sürdü. 1920-1930-cu illərdə, 1945-ci ildə, 1960-cı illərdə, SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbul edilməsi zamanı bu iddiaların həyata keçirilməsinə cəhdlər edilsə də, uğur qazana bilmədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix elmləri doktoru, professor Kərim Şükürov deyib. O bildirib ki, SSRİ-nin dağılması ərəfəsindəki tarixi dönüş mərhələsində, xüsusilə 1987-ci ildən sonra yeni taktikaya əl atıldı. 1987-ci ildə Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyanın Paris müsahibələri Dağlıq Qarabağa dair ərazi iddiaları üzrə yeni təşkilatlanmaya və açıq çıxışlara əl atılmasına işarə oldu. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu günlərədək davam edən müasir mərhələsi başladı.

Bu mərhələnin birinci dövründə, 1987-1991-ci illərdə azərbaycanlılar Ermənistandan kütləvi şəkildə deportasiya edildi. Ermənistanın planına uyğun olaraq, Dağlıq Qarabağda anti-Azərbaycan fəaliyyəti açıq fazaya keçirildi. Bunu nəzərə alaraq 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olundu, yeni inzibati-ərazi bölgüsü aparıldı.

Ermənistan dünyadakı ermənipərəst qüvvələrin dəstəyi ilə SSRİ-nin dağılması dövründə Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladı. Bu münaqişənin müasir mərhələsi Birinci Qarabağ müharibəsi idi. Azərbaycanda belə bir tarixi məqamda, 1991-ci ilin sonları - 1993-cü illərdə mövcud olan hakimiyyətin ərazi bütövlüyünün müdafiəsindəki uğursuzluqları dövlətin vəziyyətini çətinləşdirdi. Ermənistan 1992-ci ildən 1994-cü il atəşkəsinin elan edilməsinədək Dağlıq Qarabağı və ətraf yeddi rayonu - Azərbaycan ərazisinin 20 faizədək hissəsini işğal etdi. Bu dövrdə ATƏM-in (sonra ATƏT) Minsk qrupu yaradıldı. BMT erməni silahlı qüvvələrinin işğal edilən Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında indiyədək də yerinə yetirilməyən dörd qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etdi. Bu münaqişədə ikinci dövr idi.

Atəşkəsin elan edilməsi ilə münaqişədə üçüncü dövr başladı. Bu dövr, əsasən, danışıqlar dövrü kimi xarakterizə oluna bilər. Bu dövrdə 2001-ci ilin fevralında Milli Məclisdə münaqişənin sülh yolu ilə həllinə dair məsələnin müzakirəsini xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev 23 fevraldakı tarixi çıxışında ilk dəfə münaqişənin həlli üzrə danışıqların formatını və Azərbaycan dövlətinin mövqeyini əhatəli şəkildə şərh etdi. Azərbaycan dövlətinin müəyyən edilən strateji xətti Prezident İlham Əliyev tərəfindən davam etdirildi.

Professor Kərim Şükürov qeyd edib ki, Ermənistan tərəfi ələ keçirilən ərazilərdə işğal rejimi yaradıb, militaristləşdirmə tədbirləri həyata keçirir, status-kvonu saxlamağa çalışırdı. Bütün bunlarla yanaşı, Azərbaycana qarşı təzyiqi gücləndirmək üçün qara təbliğat aparılır, hərbi təxribatlara əl atılırdı. Belə təcavüzkar aktlardan birinə qarşı Azərbaycanın 2016-cı ilin aprelində həyata keçirdiyi əks-hücum əməliyyatları və əldə edilən qələbələr bu dövrün məzmununa ciddi təsir göstərdi. Ermənistanda bu qələbənin təsiri altında revanşizm gücləndi. Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi, siyasi hakimiyyətdə yeni dəyişikliklər də təsadüfi olmayıb, Dağlıq Qarabağ münaqişəsinin həllində hakimiyyətin mövqeyini gücləndirməyə hesablanmışdı: “2018-ci ilin mayında N.Paşinyanın Ermənistanın baş naziri seçilməsi ilə bu mexanizm də işə düşdü. Paşinyan hökumətinin təcavüzkar ritorikası (“Qarabağ Ermənistandır” “Yeni ərazilər üçün yeni müharibə” və s.) artdı, münaqişəyə dair şərtlər irəli sürülməyə başladı. Ermənistanın 2020-ci ilin iyulunda münaqişə zonasından kənarda yerləşən Tovuz rayonuna hücumu onun təcavüzkar siyasətinin yeni tendensiyasını aşkar etdi. Hərbi əməliyyatları münaqişə bölgəsindən kənara çıxarmaq, üçüncü qüvvələri bu əməliyyatlara cəlb etmək, strateji obyektləri zərbə altına almaqla Azərbaycanın iqtisadi potensialını təhdid etmək və s. onun əsas istiqamətlərini təşkil edirdi. Hücum edən tərəfin daha ciddi hazırlaşmasına və qəfləti həmlə ilə üstünlüyə nail olmaq imkanına baxmayaraq, Azərbaycan bu hücumu dəf etdi və Ermənistanın planını pozmağa nail oldu. Sentyabrın 27-dən etibarən Ermənistan dövləti daha da irəli gedərək, genişmiqyaslı təxribata əl atdı. Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi yeni, dördüncü dövrünə qədəm qoydu. Bu dövr xalq arasında və ictimai fikirdə Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi adlandırılır”.

Tarixçi alim vurğulayıb ki, Ermənistanın hərbi təxribatı nəticəsində münaqişənin daxil olduğu yeni dövrünə dair ilkin ümumləşdirmələr də aparıla bilər: “Sentyabrın 27-dən Rusiya tərəfinin təşəbbüsü əsasında oktyabrın 9-10-da Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilənədək olan dövr və sonrakı dövr. Hər iki dövrün mahiyyətinin aydınlaşdırılmasında Prezident İlham Əliyevin xalqa müraciətləri, televiziya kanallarına müsahibəsi və digər çıxışları vacib yer tutur. Bütün bunlar, sözün əsl mənasında, yaşanan dövrün ensiklopediyası adlandırıla bilər. Sentyabrın 27-dən atəşkəsədək olan dövrdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ölkənin hərb tarixinin ən mühüm səhifələrindən biri kimi yadda qalacaq. Artıq Azərbaycan tarixinə yalnız işğal günləri qeyd edilən şəhər və kəndlərin həyatında unudulmaz anlar yaşanır. Onların hər birinin işğal günləri qarşısına düşməndən azad edildiyi gün əlavə edilir - Cəbrayıl-işğal tarixi: 1993-cü il 23 avqust, düşməndən azad edildiyi tarix: 2020-ci il 4 oktyabr”.

Bu qələbələr Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olub. Azərbaycanın işğal edilən ərazilərinin azad edilməsi uğrunda ədalətli müharibəsi dövlətin beynəlxalq nüfuzunu daha da artırıb. Türkiyə dövlətinin hərbi əməliyyatların ilk günündən Azərbaycana mənəvi dəstəyi isə xüsusi qeyd edilməlidir.

Azərbaycanın əks-hücum əməliyyatlarının ilk mərhələsində əldə etdiyi tarixi qələbələr indiyədək formalaşmış status-kvo və təmas xətti kimi anlayışları da aradan qaldırıb. Azərbaycan Ordusunun qələbələri qarşısında Ermənistan öz tarixinin ən ağır məğlubiyyətini yaşayır: “Ermənistan müharibə qaydalarına və beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymur. Hərbi əməliyyat meydanını Azərbaycanın işğal edilmiş ərazilərindən kənara çıxarmağa çalışır, dinc əhalini qadağan olunmuş silahlarla atəşə tutur. Oktyabrın 9-10-da qəbul olunan bəyanat 1994-cü ildən fərqli olaraq Azərbaycanın hərbi qələbələri nəticəsində baş tutub: “Bunu yaxşı başa düşən Ermənistan atəşkəsin ilk saatlarından onun tələblərini pozdu. Yenidən Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən şəhər və rayonlarını artilleriya atəşinə tutdu. Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə artilleriya atəşi, bu atəş nəticəsində 10 nəfər dinc sakinin, o cümlədən qadın və uşaqların həlak olması, xeyli adamın yaralanması terror və soyqırımı kimi qiymətləndirilib. Dağlıq Qarabağ münaqişəsinin yeni dövrü üzərində düşünərkən xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bu münaqişənin gedişində ilk dəfə həm hərbi-siyasi, həm də diplomatik sahədə mühüm üstünlük əldə edib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib