Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dağlıq Qarabağ münaqişəsinin payız böhranı: Ermənistanın aqressiyası fonunda Azərbaycanın tükənən səbri

Dağlıq Qarabağ münaqişəsinin payız böhranı: Ermənistanın aqressiyası fonunda Azərbaycanın tükənən səbri

Bakı, 8 oktyabr, AZƏRTAC

Sentyabrın 27-də Dağlıq Qarabağda baş verən növbəti eskalasiya Ermənistan-Azərbaycan münaqişəsini bir daha dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirdi. Bu münaqişənin başlamasından təxminən 30 il keçir. Buna baxmayaraq, problemin həlli istiqamətində heç bir müsbət irəliləyiş olmayıb. Bu müddətdə Ermənistanda həyata keçirdikləri işğalçılıq siyasətinin hansı fəsadlarla nəticələnəcəyini az-çox anlayan və problemi həll etməyə çalışan siyasətçilər ümumiyyətlə siyasi arenadan uzaqlaşdırılıb. Bu fakt sübut edir ki, Dağlıq Qarabağın işğalı ümumilikdə erməni xalqının deyil, Ermənistan hakimiyyəti və onun xarici havadarlarının marağındadır. Ermənistan vətəndaşlarının öz övladlarını Dağlıq Qarabağa xidmətə göndərmək istəməməsi faktı da bu arqumentimizi təsdiq edir.

Bu fikirlər Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti Xəyal İsgəndərovun “Dağlıq Qarabağ münaqişəsinin payız böhranı: Ermənistanın aqressiyası fonunda Azərbaycanın tükənən səbri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən bəri qeyri-konstruktiv siyasət yürüdən erməni liderlərindən biridir. Onun Dağlıq Qarabağın statusu ilə bağlı diletant davranışı bu siyasətin bariz nümunəsidir. Belə ki, Paşinyan müsahibələrindən birində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini iddia edib. Keçmiş Sovet İttifaqı üzrə mütəxəssis Joşua Kuçeraya görə, münaqişənin həlli ilə bağlı Azərbaycan ilə danışıqları canlandırmağa söz versə də, bu çıxışı ilə Paşinyan sərt mövqe tutduğunu nümayiş etdirdi. Digər bir çıxışında Paşinyan Dağlıq Qarabağın danışıqlarda “müstəqil respublika” kimi iştirakını israr edir ki, bu da onun əvvəlki açıqlamasına ziddir. 2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında təşkil olunan debat, habelə Paşinyanın cari ilin avqustunda BBC-nin tanınmış müxbiri Stefen Sakura verdiyi müsahibə Ermənistan hakimiyyətinin ən yüksək səviyyədə öz arqumentlərini dəstəkləmək iqtidarında olmadığını sübut etdi. Halbuki hakimiyyətə gəlməzdən əvvəl Nikol Paşinyan “öz xalqını sülhə hazırlamaq” yolu ilə danışıqları canlandıracağını vəd etmişdi.

Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq hüquq normalarına riayət edir, beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşır və bütün öhdəliklərinə sadiq qalır. Ancaq Prezident İlham Əliyevin də dəfələrlə dediyi kimi, Azərbaycanın səbri tükənməz deyil. Dünyada heç bir xalq erməni xislətində bir millətin davranışlarına dözməzdi. Paşinyan siyasəti sələflərindən daha aqressivdir. Hər halda onun ölkəni idarəetmə strategiyası erməni ambisiyalarının sonu olacaq və keçmiş Ermənistan prezidenti Ter-Petrosyanın xəyalının reallaşması ilə nəticələnəcək. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinə ilk dəfə 1997-ci ildə ümid yaranmışdı. Ter-Petrosyan real və praqmatik bir dəyərləndirmə aparmaqla Ermənistanın istənilən halda varlı və qüdrətli Azərbaycanla qarşılaşmalı olduğunu bildirmişdi. O, Dağlıq Qarabağ münaqişəsi səbəbindən ölkəsinin iqtisadi blokadaya alınmasının Ermənistanın uzunmüddətli iqtisadi həyat qabiliyyətinə zərər verəcəyindən narahat idi. Onun sözlərinə görə, bu, Qarabağın təhlükəsizliyini və Ermənistanın siyasi-iqtisadi rifahını təmin etmək üçün bir şans idi. Lakin o, dərhal vəzifəsindən kənarlaşdırıldı və xələfi Robert Köçəryan danışıqlar prosesində durğunluq yaratdı.

Dünya birliyi birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipini dəstəkləyir. Minsk Qrupuna həmsədrlik edən hər üç ölkə 2007-ci ildə təqdim olunan Madrid prinsiplərini əsasında konsensusa gəlib. Lakin Ermənistanın səbatsız və qeyri-konstruktiv yanaşması bu prinsiplərin yerinə yetirilməsində əsas maneəyə çevrilib. Məsələn, Ter-Petrosyanın problemi həlletmə cəhdlərindən sonra ilk dəfə olaraq 2009-cu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Madrid təkliflərinin (köhnə versiya) prinsipcə qəbul edilə biləcəyinə dair nikbinliklərini bildirmişdilər. Lakin 2009-cu ilin sonunda Sarkisyan öz öhdəliklərindən boyun qaçırdı. Qəribədir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərindən heç biri hökumətin bu prinsipləri qəbul etməsi üçün Ermənistana hər hansı təzyiq göstərilməsi təklifini nəzərdən keçirmədi. Bu, iki tərəf arasında vasitəçi funksiyasını üzərinə götürmüş təşkilatın səmərəsizliyini və ikili standartlarını sübut edir. Ermənistan hakimiyyətinin, eləcə də ATƏT-in Minsk Qrupunun məqsədi problemi həll etmək deyil, sadəcə vaxtı uzatmaqdır.

Bu gün Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və konstruktiv mövqeyi regionda tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Bunun ilk səbəblərindən biri də odur ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın üz-üzə gəldiyi ölkə deyil. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi nəticələr əldə edilib. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bölgədə yeni bir reallıq ortaya çıxıb. Artıq bütün üstünlüklər bizdədir və Prezident İlham Əliyevin hücum diplomatiyasının uğurla həyata keçirilməsi üçün heç bir maneə qalmayıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq”.

Ermənistan hakimiyyəti hər zaman Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə hüququna istinad etməyə çalışır. Beynəlxalq hüquqdan məlumdur ki, öz müqəddəratını təyinetmə etnik azlıqlara deyil, xalqlara məxsus hüquqdur. Ermənilərin belə bir hüququ vardı və bundan ötən əsrin 90-cı illərinin əvvəllərində istifadə etdilər, öz ölkələrini - Ermənistan Respublikasını yaratdılar. İndi onların başqa bir ölkənin ərazisində ikinci erməni “respublikası” yaratmaq hüququ yoxdur. ABŞ-da 2 milyon, Rusiyada 2,5 milyon erməni var. Fransada 750 mindən çox erməni yaşayır. Niyə bu insanlar “öz müqəddəratlarını təyinetmə hüququndan” istifadə edib bu ölkələrdə üçüncü, dördüncü və s. erməni “respublikaları” yaratmırlar? Bunu edə bilməzlər, çünki etnik azlıq olduqları üçün bunu etmək imkansızdır. Ancaq ermənilər bunu Azərbaycan ərazisindəki bir neçə on minlik əhali ilə etməyə çalışıb. Tədqiqatçı Milena Sterio da sübut edir ki, öz müqəddəratını təyinetmə prinsipi Dağlıq Qarabağın Azərbaycandan ayrılması qənaətinə gətirib çıxarmır. 1920-ci ildə 300-ə yaxın kiçik adadan ibarət bir arxipelaq olan Aland adalarının isveç dilində danışan xalqı Finlandiyadan ayrılmaq və İsveçlə birləşmək üçün səsvermə keçirməyə çalışmışdı. Alandlıların iddiasına Millətlər Liqası nəzdində yaradılan ekspertlər komitəsində baxıldı və onların Finlandiyadan ayrılma hüququnun olmadığı müəyyənləşdirdi. Çünki etnik azlıq hər hansı dövlətdən bir müstəsna halda ayrıla bilər: əgər həmin dövlət etnik azlığa qarşı ədalətli mövqe nümayiş etdirmək və ya effektiv təminat vermək iqtidarında deyilsə. Başqa sözlə, öz müqəddəratını təyin etmək istəyən bir qrup beynəlxalq hüquq tərəfindən tanınan dövlətlər birliyindən əsassız olaraq kənarlaşdırıldığını hiss edən qrupdur. Şübhəsiz, bu, bir həqiqətdir ki, ermənilər Azərbaycanda heç vaxt belə bir problemlə qarşılaşmayıblar. Hətta təkcə Dağlıq Qarabağda deyil, Bakı da daxil olmaqla ölkəmizin müxtəlif bölgələrində ən sanballı vəzifələr tutublar. Ancaq siyasi qarşıdurmada bir vasitə kimi xarici aktorlar tərəfindən manipulyasiya edildilər. Bu məqamda Levon Ter-Petrosyanın Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərinə toxunmaq vacibdir. Ter-Petrosyan 1992-ci il martın əvvəlində “təhlükəsizlik zəmanətləri sistemi”nin yaradılması və Dağlıq Qarabağ bölgəsinin silahsızlaşdırılması barədə danışarkən aşağıdakı variantı təklif etmişdi: “Dağlıq Qarabağın tam muxtariyyəti, blokadanın aradan qaldırılması və normal həyatın təmin olunması. Bu gün verilən belə bir qərar, düşünürəm ki, həm Qarabağ, həm də Azərbaycan üçün məqbul olacaq. Kadr məsələləri də daxil olmaqla daxili problemlərin yerli hakimiyyət orqanları tərəfindən həll ediləcəyi belə bir muxtariyyət varsa, tərəflər razılığa gələ bilərlər. Hesab edirəm ki, Azərbaycan daxilində muxtar respublika statusu bütün tərəfləri tamamilə qane edəcək. Çünki Qarabağ, eyni zamanda, Azərbaycanın bir hissəsi olaraq qalır, respublikanın ərazi bütövlüyü qorunur və Qarabağ xalqına həyat təminatı verilir. Budur, bizim mövqeyimiz. Hər səviyyədə müzakirə etməyə hazırıq”. Bundan əlavə, 1997-ci ildə Ter-Petrosyan Qarabağ məsələsi ilə bağlı populist vədlər verən siyasi rəqiblərinə Ermənistan, o cümlədən Dağlıq Qarabağ erməniləri üçün ola biləcək fəlakətli nəticələr barədə xəbərdarlıq etmişdi: “Azərbaycanın indi təklif etdiyi (tam muxtariyyət) ilə razılaşmasaq, gələcəkdə güclənən Azərbaycan bizə bunu də təklif etməyəcək. Ermənistanın Azərbaycan ilə ayaqlaşmaq üçün iqtisadi və demoqrafik potensialı yoxdur, buna görə də tədricən Azərbaycandan geri qalacağıq. Tarixdə dəfələrlə olduğu kimi, ermənilər sonda heçnəsiz qalacaqlar”. Bu gün Ter-Petrosyanın rasional proqnozu artıq gerçəkləşmək üzrədir. Ermənilər istəsələr də, istəməsələr də reallığı qəbul etməlidirlər.

Tovuzdakı uğursuzluqdan aqressivləşən Ermənistan hökuməti silahlı qüvvələrini Ermənistan ilə Azərbaycan sərhədində, eləcə də işğal olunmuş ərazilərdə cəmləşdirməyə başladı. Ermənistanın başqa torpaqları ələ keçirmək məqsədilə Azərbaycana qarşı hücum əməliyyatı planlaşdırması barədə kəşfiyyat məlumatları var idi. İraqda və Suriyada təlim keçən YPG/PKK terrorçularının Dağlıq Qarabağ bölgəsinə köçürülməsi faktı da arqumentimizin bir sübutudur. Dünya birliyi Paşinyanın “xalqı sülhə hazırladığını” düşünərkən Ermənistan hakimiyyəti müharibəyə hazırlaşırdı. Nəhayət, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan Silahlı Qüvvələrinin uğurla həyata keçirdiyi əks-hücum əməliyyatları onların yeni ərazi işğal etmək arzusunu ürəyində qoydu. Azərbaycan rəhbərliyi davamlı olaraq Ermənistan hökumətinə pis niyyətlərindən çəkinmək barədə xəbərdarlıq etmişdi. Lakin erməni xisləti Paşinyan hakimiyyətinin bu xəbərdarlıqlardan nəticə çıxarmasına imkan vermədi. Biz bu gün onlara Ter-Petrosyanın proqnozunu xatırladırıq: “Bu müharibə Ermənistanın sonu olacaq”. İndi peşman olmaq üçün belə çox gecdir.

Nəticə

Azərbaycan tolerant ölkədir, lakin bu, o demək deyil ki, Ermənistan hökumətinin kaprizlərinə dözməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Azərbaycan Dağlıq Qarabağa tam muxtariyyət verməyə hazır idi və münaqişəsinin sülh yolu ilə həllinin ən vacib elementini (əhalinin təhlükəsizliyi) təmin etmək üçün iradəsini ortaya qoyub. Lakin Ermənistan hökuməti danışıqları və münaqişəni uzatmaq üçün əlindən gələni etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edildiyindən, Ermənistan hökumətinin heç bir şərt qoymaq hüququ yoxdur. Haqq Azərbaycanın tərəfindədir. Azərbaycan Ordusu separatçılara və terrorçulara qarşı döyüşür, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə 3 milyard dollardan çox pul köçürülüb

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub