Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı – Təhlil

Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı – Təhlil

Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində regionun energetika infrastrukturu dağıdılıb

Bakı, 2 noyabr, AZƏRTAC

İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, sovet dövründə Azərbaycan ayrı-seçkilik siyasəti apararaq Dağlıq Qarabağın inkişafına diqqət yetirməyib. Əslində isə Azərbaycan Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirib, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutub. Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının istehsalına görə keçmiş Azərbaycan SSR-in ən qabaqcıl iqtisadi rayonlarından biri olub, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılıb.

Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılıb və ya talan olunub.

AZƏRTAC Energetika Nazirliyinin mövzu ilə bağlı şərhini təqdim edir.

Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. Həmin ərazilərdə uzunluğu 81 kilometr olan 330 kilovoltluq (kV), 690 kilometrlik 110 kV-luq və 615 kilometr olan 35 kV-luq 3 yüksəkgərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 kilometr olan 10 kV-luq və 8865 kilometrlik 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245,7 meqavat/amper olan 2435 ədəd transformator olub.

Eyni zamanda, 2000 kilometrlik təbii qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilib.

İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastruktur daha dəqiq qiymətləndiriləcək.

Dağlıq Qarabağ və ətraf regionlarda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial var.

Hidroenerji potensialı

Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə edilir, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq. 

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 3 iri su elektrik stansiyası (SES) mövcud olub ki, bu stansiyalardan biri “Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində “Sərsəng” su anbarı ilə birgə inşa edilib. Stansiya hər birinin gücü 25 meqavat olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin hündürlüyünə görə (125 metr) “Sərsəng” ölkədə ən hündür bəndli su anbarlarından biridir. “Sərsəng” su anbarı 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 milyon kilovat/saat olub. Stansiya 1993-cü ildən işğal altındadır.

Kompleksə lazımi texniki xidmətin göstərilmədiyini, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaq.

Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır. Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 kilometr şimal-qərbdə yerləşən “Xudafərin” su elektrik stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdı. Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilib. Qeyd etmək lazımdır ki, stansiyanın Azərbaycan tərəfində hər birinin gücü 50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.

Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “Qız qalası” su elektrik stansiyasının isə hər biri 20 meqavat olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir.

“Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.

2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir. Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq.

Günəş enerjisi potensialı

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Külək enerjisi imkanları

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 metr/saniyə olduğu geniş ərazilər mövcuddur. “Globalwindatlas.info” platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 metr/saniyəyə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Geotermal enerji potensialı

Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün, Şuşada isə 412 kubmetr/gün termal su ehtiyatları mövcuddur. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü müvafiq ərazilər düşmən işğalından tam azad olunduqdan sonra tədqiq ediləcək.

Daş kömür ehtiyatı

Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8,5 milyon ton daş kömür ehtiyatı var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış daha üç nəfərin şikayətlərinə baxılıb

Gənc musiqiçi: Fortepianoda ifa etdiyim zaman sanki bambaşqa bir aləmdə oluram

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Ər-Riyadda keçiriləcək “Foodex Saudi-2024” beynəlxalq sərgisində Azərbaycan məhsulları təqdim ediləcək

Horner: Hər bir mənfiliyin müsbət tərəfi də var

Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun qalibi bəlli olub

ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

® Hansı diplomlar tanınmayacaq?

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib

Xəzər dənizində zəlzələ baş verib

Gömrük təmsilçiləri ilə görüşdə sahibkarların təklif və rəyləri öyrənilib

Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub

Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

Köçəri mədəniyyətinin yaratdığı bayram...

MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib

Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xarakter alır

Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

Ermənistan Qərbdən aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq - ŞƏRH

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb

Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur VİDEO

"Sabah"ın FIBA Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb

Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

Azərbaycanın Pakistandakı səfiri: Ölkədə iqlim baxımından ağıllı şəhərlərin yaradılması inkişaf strategiyasının tərkib hissəsidir

Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib

Media və QHT-lərin nümayəndələri kriminalistik texnika ilə tanış olublar

Formula 2 Azərbaycan Qran-Prisi: Bolidində yanğın baş verən pilot mübarizəni dayandırıb

Moskvada BRICS ölkələrinin media sammiti keçirilir

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri verilib

Professor: Ortaq əlifba türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək

“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinin qonaqlarını xalçaçılıq sənəti ilə tanış edib

Zimbabve hökuməti 200 filin məhvinə göstəriş verib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Ermənistanda Qərbi Nil qızdırmasından dörd nəfər ölüb

Formula 2: Bakıda sprint yarışı start götürüb

Naxçıvanda dövlət qurumlarının əməkdaşları arasında futzal turnirinə start verilib

Stoltenberq: Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir

Meksikalı turist: Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb

AMEA prezidenti: Qarabağ Universiteti böyük elmi-mədəni mərkəzdir

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Azərbaycanın kibertəhlükəsizlik reytinqini gücləndirməsi xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq – AÇIQLAMA

Azərbaycan CIFTIS sərgisində təmsil olunur VİDEO

Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Frank Şvabe AŞPA-nın yox, hansısa lobbi qrupunun üzvü kimi davranır ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb 

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub

Şəkidə “Yaşıl dünya üçün hüquqi yeniliklər” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib

COP29-un kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir

Formula 1: Bakı trekində növbəti qəza baş verib

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan avtobuslar Bakı-Sumqayıt marşrut xəttinə buraxılıb

Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Baş nazirin müavini Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb

Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ

Formula 1 Azərbaycan Qran-Prisi: Fransalı pilotun bolidində nasazlıq aşkarlanıb

Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Çexiya böyük daşqınlara hazırlaşır

Göygöldə Moruq festivalı keçirilir

Frank Şvabe kimi parlamentarilərin çıxışları ölkələrarası münasibətlərə mənfi təsir edir - ŞƏRH

Formula 1 pilotu: Bakı treki heyrətamizdir

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başlayıb

Rövşən Abdullaoğlu: Romanımın ikinci hissəsini yazmaq və qalan suallara cavab vermək ideyası yaranıb

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Gənclər Kitabxanasında Bilik Günü münasibətilə sərgi hazırlanıb

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Qəbələyə gələn xarici turistlərin sayı artıb

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda növbəti təlim keçirib

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Uill Smit Bakıda möhtəşəm səhnə performansı ilə Formula 1 fanatlarına unudulmaz gecə yaşadıb

Elnur Məmmədli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya sədr seçilib

Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək

Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

Türkiyə Prezidenti Nyu-Yorkda qlobal şirkətlərin rəhbərləri ilə görüşəcək

Sənətşünas-alim: Dahi Üzeyir bəyin ruhu qarşısında hər bir musiqiçi öz mənəvi borcunu yerinə yetirməyə çalışır

Serik Maleyev: Vaşinqtonun İrəvanla müttəfiqlik münasibətləri imitasiyadır - ŞƏRH

Sankt-Peterburqda Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Monteneqro və Sloveniyaya qarşı

İşğaldan azad edilən ərazilərdə çox sayda silah-sursat tapılıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova vəfat edib

Bu gün Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür

COP29-da iştirakı planlaşdırılan bir qrup beynəlxalq təşkilatın nümayəndələri ilə görüş keçirilib

Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb

Tramp: ABŞ-a Rusiya ilə hərbi münaqişə lazım deyil

Gəncədə 18 yaşlı qadın bıçaqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb