MƏDƏNİYYƏT


Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür

Bakı, 28 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağda Azərbaycan icmasının əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıdılması bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində işğal edilmiş ərazilərmizdə 2625 abidə qeydə alınmışdı. Onların 706-sı dövlət tərəfindən mühafizə edilib. Xüsusi əhəmiyyətə malik olan bu mədəni tarixi abidələrin 11-i beynəlxalq əhəmiyyət, 240-ı ölkə əhəmiyyətli, 455 lokal əhəmiyyətlidir: “XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, bunu da gözə qum atmaq üçün istifadə edirlər”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.