Dağlıq Qarabağdakı erməni zabit və əsgərlər döyüşmək istəmirlər
AzerTAg.az
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağ erməniləri çaşqınlıq içində, çarəsiz qalıblar.
AZƏRTAC xəbər verir ki, qondarma “respublika”nın dırnaqarası prezidenti Araik Arutunyanın silahlı birləşmələrin komandanı general-leytenant Cəlal Arutyunyanı “müdafiə naziri” vəzifəsindən azad etməsi daxili gərginliyi daha da artırıb.
Araik Arutunyan bildirib ki, nazir yaralandığı üçün vəzifəsini icra edə bilmir.
Bəzi məlumatlara görə, isə Cəlal Arutyunyan artıq ölüb.
Digər tərəfdən, adı korrupsiya və digər cinayətlərdə hallanan general-mayor Mikael Arzumanyanın qondarma “respublika”nın “müdafiə naziri” təyin edilməsi daxildə narahatçılığı və narazılığı artırıb. İndi ordu çaşqınlıq içindədir, zabit və əsgərlər döyüşə getməkdən çəkinirlər.
Qarabağdakı erməni əsgərləri müharibəni uduzduqlarını, döyüşlərin əbəs yerə davam etdirildiyini bildirirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var