REGİONLAR


Dağlıq və dağətəyi ərazilərdə taxıl biçini prosesinə 20 ədəd dağ kombaynı cəlb olunub

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycanın aran rayonlarında arpa biçini yekunlaşmaq üzrədir. Hazırda relyefi çətin, dağətəyi ərazilərdə arpa biçini, eyni zamanda, Aran rayonlarında buğda biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il dağlıq və dağətəyi ərazilərdə taxıl biçini prosesinə 20 ədəd dağ kombaynı cəlb edilib. Yardımlı, Lerik rayonlarında çətin relyefli sahələrin biçini bu kombaynlar vasitəsilə aparılır.

Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov deyib ki, yeni nəsil “New Holland TC 5.90 HİLLSIDE” dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir.

Tam kompüterləşdirilmiş dağ kombaynları əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb olunmasına şərait yaradacaq. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarının daha da inkişaf etdirməyə imkan verəcək.

Bu kombaynlar yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır. Dağ kombaynlarının 6 tonluq bunkeri, 5 klavişli küləş doğrayıcısının olması məhsulun tam şəkildə, itkisiz yığılmasına şərait yaradır.

Qeyd edək ki, bu il ölkədə 987519 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 612003,5 hektarını buğda, 375515,3 hektarını isə arpa sahələri təşkil edir. Ölkə üzrə biçinə ümumilikdə 1900-dən çox taxılbiçən kombayn cəlb olunub. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1280-dən çoxu isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalarıdır.

Taxıl biçini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.