REGİONLAR
Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Göyçay, Zərdab, Kürdəmir, Qusar, Xaçmaz, Şabran, Quba, Balakən, Qax və Şəkidə təşkil ediləcək. Səyyar satışlar oktyabrın 15-də Göyçayın Qarabaqqal, Qusarın Yasaqoba, Şəkinin Bollu, oktyabrın 16-da Göyçayın Alpout, Qusarın Şirvanovka, Şəkinin Böyükdəhnə, oktyabrın 17-də Zərdabın Pərvanlı, Xaçmazın Dədəli, Balakənin İtitala, oktyabrın 18-də Zərdabın Qoruqbağı, Şabranın Uzun Boyad, Balakənin Kor tala, oktyabrın 19-da Kürdəmirin Köhünlü, Qubanın Hacı Hüseynli, Qaxın Zəyəm kəndlərində həyata keçiriləcək.
Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 nömrələri ilə əlaqə saxlamaq lazımdır.