REGİONLAR


Daha 13 rayon üzrə 1404 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub

Bakı, 7 dekabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçən iclasda 13 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1404 arıçıya saxladıqları 37393 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 373 min 930 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

İclasda aşağıdakı rayonlar üzrə arıçılara subsidiyalar verilməsi barədə qərar qəbul olunub:

1. Abşeron - 20 nəfər, 570 arı ailəsi - 5700 manat

2. Ağsu - 347 nəfər, 7705 arı ailəsi - 77050 manat

3. Astara - 87 nəfər, 2974 arı ailəsi - 29740 manat

4. Biləsuvar - 8 nəfər, 748 arı ailəsi - 7480 manat

5. Kürdəmir - 28 nəfər, 696 arı ailəsi - 6960 manat

6. Laçın - 76 nəfər, 1324 arı ailəsi - 13240 manat

7. Masallı - 90 nəfər, 2244 arı ailəsi - 22440 manat

8. Qax - 387 nəfər, 10414 arı ailəsi - 104140 manat

9. Qubadlı - 75 nəfər, 3327 arı ailəsi - 33270 manat

10. Saatlı - 12 nəfər, 380 arı ailəsi - 3800 manat

11. Şəmkir - 192 nəfər, 4564 arı ailəsi - 45640 manat

12. Zəngilan - 17 nəfər, 947 arı ailəsi - 9470 manat

13. Ağdaş - 65 nəfər, 1500 arı ailəsi - 15000 manat.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə görə subsidiya almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadır. Rayon (şəhər) komissiyalarından zəruri sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

Qeyd edək ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edir. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.