İQTİSADİYYAT


Daha 23 ölkədən Azərbaycana uçuşlara icazə verilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Daha 23 ölkədən Azərbaycana uçuşlara icazə verilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərara dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə Argentina, Avstraliya, Braziliya, Bruney Darüssalam, Cənubi Koreya, Çili, Ekvador, Kamboca Krallığı, Kosta Rika, Kuba, Küveyt, Qazaxıstan, Maldiv, Meksika, Mərakeş, Monqolustan, Monteneqro, Norveç, Oman, Panama, Salvador, Uruqvay Şərq Respublikası, Yeni Zelandiya vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.