CƏMİYYƏT


Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edilib

Bakı, 21 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə daha 40 nəfər müharibə əlilini peşə reabilitasiyasına cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar üçün əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub.

Əlillərin bir qrupu kursları bitirərək müvafiq peşə şəhadətnamələrinə yiyələniblər, digərlərinin isə peşə-reabilitasiya kursları davam edir.

Peşə kursu keçən qazilərdən 3 nəfəri Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirin iştirakçısı olub.

Mərkəzə qəbul edilənlər peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və sair ilə də təmin olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.