Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daha beş qanun layihəsi Milli Məclisin iclasına tövsiyə olunub

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iclası açaraq gündəlik barədə məluma verib. Bildirib ki, gündəliyə 5 məsələ -“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş), Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş), “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş) və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öz çıxışında Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini bildirib. O, bu proqrama uyğun olaraq ölkədə nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi ilə əlaqədar işlərin görüldüyünü qeyd edib, bu məsələnin sosial və iqtisadi baxımdan vacibliyindən bəhs edib, bu istiqamətdə ölkədə atılan addımlardan danışıb.

Sonra iclasda “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Layihə barədə məlumatı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin eksperti Mirzə Laçınov təqdim edib. O, ölkədə nəqliyyat vasitələrinin utilizasiyası proqramı ilə əlaqədar sənədlərin hazırlanması, bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması ilə bağlı işlərin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, layihə hazırlanarkən müsbət nəticələrin əldə edilməsi üçün bu sahədə beynəlxalq ekoloji prinsiplər, habelə ətraf mühitin mühafizəsi, nəqliyyat parkının yenilənməsi ilə bağlı məsələlər, bəzi stimullaşdırıcı amillər nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklərə əsasən, qanunun adında və bəzi maddələrində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilir.

Layihədə nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar yeni fəslin əlavə olunması nəzərdə tutulub. Əlavəyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir. Utilizasiya haqqının məbləği nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən edilir. Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq olunur.

Sənəddə qeyd olunur ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması, utilizatorların reyestrinin aparılması, saxlanılması və nəzarəti, qanunun müvafiq maddələrində nəzərdə tutulan yazılı məlumatların alınması, təsdiqedici sənədlərin uçotunun aparılması ilə bağlı funksiyaların icrasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilir.

Bildirilib ki, güzəşt və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır. Fond utilizasiyası haqqı, kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

Qanuna təklif olunan dəyişikliklərdə nəqliyyat vasitələrinin utilizasiyaya onların mülkiyyətçiləri tərəfindən könüllü şəkildə təqdim edilməsi nəzərdə tutulur. Qeyd olunur ki, utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi onun mülkiyyətçisinin müraciəti əsasında dövlət qeydiyyatından çıxarılır və utilizatora təhvil verildikdə utilizator nəqliyyat vasitəsinin mülkiyyətçisinə bu barədə təsdiqedici sənəd təqdim edir.

Bildirilib ki, sənəd yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, ekoloji vəziyyətin yaxşılaşması, mövcud nəqliyyat parkının yenilənməsi, toplanmış yararsız nəqliyyat vasitələrinin ekoloji tələblərə uyğun şəkildə utilizasiyası, yeni iş yerlərinin yaradılması işinə xidmət edəcək.

Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə məsələ ilə bağlı öz mülahizələrini səsləndiriblər. Qeyd olunub ki, təklif edilən dəyişikliklər yerli avtomobil istehsalının stimullaşdırılması məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin edəcək.

Sonra iclasda iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, sənəddə utilizator, nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs və nəqliyyat vasitələrinin satıcısı tərəfindən “Tullantılar haqqında” Qanunda nəzərdə tutulan tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.

Təqdim olunan məsələlər ətrafında aparılan müzakirələr zamanı deputatlar qanun layihəsinin günün tələblərinə cavab verdiyini bildiriblər, sənəddə öz əksini tapmış məsələlərin vacibliyi və aktuallığından bəhs ediblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin eksperti Mirzə Lahıcov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deputatların verdiyi sualları cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

İclasda iştirak edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihələri barədə öz fikirlərini açıqlayıblar.

Sonra komitə sədri Sadiq Qurbanov gündəlikdəki digər qanun layihələri ilə bağlı məlumat verərək, bu sənədlərdə nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib.

Tədbirin sonunda müzakirəyə çıxarılan 5 qanun layihəsinin hər biri Milli Məclisin iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Pakistanda Anım Günü ilə bağlı tədbir keçirib

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dövlət xətti uğurla inkişaf edir

Anım Günü ilə əlaqədar Şirvanda ümumşəhər tədbiri keçirilib

Bakıda “Üzeyir Hacıbəylinin musiqi şah əsərləri” adlı fotosərgi açılıb

İki yüz illik işğal tarixi 44 gündə Qələbə təqvimi ilə əvəzləndi

Azərbaycanın Belarus əsilli Milli Qəhrəmanının xatirəsi anılıb

Rusiya Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək

Azərbaycan və Rusiyanın XİN başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər

Milli həmrəyliyimizin təcəssümü olan Qələbəmiz tarixdə əbədi qalacaq - RƏY

İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Anım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib

Ombudsman: Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir – RƏY

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib

Gürcü politoloq: Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” kəlamı əməli işdə də təsdiqini tapdı

Politoloq: Naxçıvan yeni nəqliyyat qovşağına çevrilir

Papa Fransisk: Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır

Vətən müharibəsi şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində anılıb

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub

Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhidlərin xatirəsini anıblar

Günay Əfəndiyeva: Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir

Qaradağ rayonunda Anım Günü ilə əlaqədar 300-dən çox ağac əkilib

Şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılır

Federasiya prezidenti: Tarixi zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

Şanlı Zəfərimizi təbliğ etmək, şəhidləri və qaziləri gənclər arasında tanıtmaq vacibdir

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO

ADU-nun kollektivi Zəfər parkında olub

Pedaqoji Universitetin rəhbərliyi Zəfər parkını ziyarət edib

BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

Beynəlxalq konfransın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib

“Böyük zəfərdən tam və qəti qələbəyədək” - elmi konfrans

“Qalatasaray”ın qadın futbolçusu: Azərbaycan millisinə qələbə qazandırmaq möhtəşəm hissdir

ANAMA-nın kollektivi Zəfər Parkında və İkinci Şəhidlər xiyabanında olub

Azərbaycanla Türkiyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində tərəfdaşlığı daha da genişləndirəcək

Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsi yad edilib

Daxili İşlər Nazirliyi Anım Gününə həsr olunmuş tədbir keçirib

BDU-nun Qazax filialında Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Bişkekdə erməni yalanlarını ifşa edən kitab nəşr olunub

Deputat: Qarabağı tərk edən erməni sakinlərlə bağlı aparılan iyrənc təbliğat kənardan idarə olunur

Fizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Keçmiş döyüşçü: Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir

27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün

BDU-da Anım Günü adlı kitab sərgisi təşkil olunub

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini,Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib   YENİLƏNİB VİDEO

Gəncədə Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib

Torpaqlarımız uğrunda DSX-nin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığı unudulmayacaq

Dövlət Komitəsi: Böyük Qayıdış Xankəndidən məcburi köçkün düşmüş azərbaycanlı əhalini də əhatə edəcək

Moldova Konstitusiya Məhkəməsinin sədrinə Ermənistanın mina terroru barədə məlumat verilib

Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib

BŞTİ müdiri şəhid ailələri ilə görüşüb

Azərbaycan riyaziyyatçıları Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin medalları ilə təltif olunublar

Ordumuzun şücaəti sayəsində separatçılar təslim oldu

Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər

BDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

ÜST məktəblərdə adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırır

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə onları nümunə göstərmək hamının ən müqəddəs borcudur

Azərbaycan millisinin baş məşqçisi: Komandamızda perspektivli basketbolçular çoxdur

DMX-nin əməkdaşları şəhid olan Vətən övladlarının xatirəsini Zəfər parkında ehtiramla anıblar

Ağalıda şəhidlərin xatirəsi yad olunub

İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib

27 Sentyabr - Ali Baş Komandanın qətiyyətli siyasətinin və Ordumuzun gücünün təcəssümü

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Göyçayda Vətən müharibəsi şəhidləri anılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiyalı ekspert: Artıq Bakı ilə Ankaranın geniş müttəfiqliyi inteqrasiya ilə əvəzlənir

AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Coğrafiyaçı alim ölkəmizin su təchizatının yaxşılaşdırılması yollarından danışıb

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən

Bərdə terror qurbanları abidəsinin önündə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Mikrobiologiya İnstitutunun kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sumqayıtda Şəhidlər xiyabanı ziyarət olunub

Mikrobioloq alim Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib

Sentyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsi

Tərtərlilər şəhidlərimizin xatirəsini ehtiramla anıblar

27 Sentyabr şanlı Qələbəmizin başlanğıc tarixidir

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad edilib

Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir

AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu çəkiblər VİDEO

Rusiya XİN Fransa Prezidenti Emmanuel Makronun bəyanatını “təhrikçilik” adlandırıb

Rəsədxanada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakıda Çin şirkətlərinin məhsullarından ibarət sərgi təşkil ediləcək

Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Türkiyə Superliqasında oynayan azərbaycanlı futbolçuların transfer qiyməti dəyişməyib

Balakənlilər şəhidlərin əziz xatirəsini ehtiramla anıblar

“Binance” kriptobirjası Rusiyadan çıxdığını elan edib

Azərbaycana gələn turistlərin sayı 33 faizdən çox artıb

® Mərkəzi Gömrük Hospitalında Anım Gününə həsr olunan tədbir keçirilib

Akademik İradə Hüseynova: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik

Sanator-Kurort Reabilitasiya Mərkəzində 2020-ci ildən etibarən 1577 qazi müalicə olunub