İQTİSADİYYAT


Daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, aparılan təhlillər nəticəsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağının nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığı müəyyən edilib. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil olunub. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin avtobuslardan təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.