İDMAN


Daha bir boksçumuz Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 5 iyun, AZƏRTAC

Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət millisinin heyətində yarışa Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) qatılıblar.

Qadınlardan ibarət yığmanın heyətində isə Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) yer alıblar.

Dünya çempionumuz Cavid Çələbiyev səkkizdəbir finalda irlandiyalı boksçu Corc Batesi məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finala yüksəlməklə C.Çələbiyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Yığmamızın daha bir üzvü Alfonso Dominqes isə Olimpiadaya vəsiqə uğrunda ilk döyüşündə Avropa Oyunlarının qalibi Stefan Hrekul (Ukrayna) ilə gücünü yoxlayıb. Səkkizdəbir final çərçivəsində baş tutan görüş A.Dominqesin qələbəsi ilə başa çatıb. O, dörddəbir finalda rusiyalı İmam Xatayev ilə üz-üzə gələcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Xatırladaq ki, buna qədər yığmamızın üzvü Tayfur Əliyev “Tokio-2020”yə lisenziya əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.