İQTİSADİYYAT


Daha bir marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus”a həvalə olunub

Bakı, 21 oktyabr, AZƏRTAC

205 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib. Artıq 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” avtobusları ilə icra edilir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 205 nömrəli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq.

Qeyd edək ki, çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu.

Nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.