DÜNYA


Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

Tokio, 16 oktyabr, AZƏRTAC

Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib. Bundan sonra müqavilənin tam qüvvəyə minməsi üçün onun daha üç ölkə tərəfindən ratifikasiyasına ehtiyac var.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Sakit okeanda yerləşən Tuvalu ada dövləti sənədlərini müqavilənin ratifikasiya olunması üçün təqdim edib.

Tuvalunun Baş Naziri Kausea Natano ötən ay BMT Baş Assambleyasında çıxış edərkən beynəlxalq ictimaiyyətə Sakit okeanda nüvə silahlarının sınağının dayandırılmasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. K.Natano qeyd edib ki, həmin sınaqlar Sakit okean regionunda çox ağır izlər qoyub və bu, orada yaşayan insanların həyatında hər gün özünü göstərir.

Bununla yanaşı, daha bir neçə ölkənin yaxın gələcəkdə həmin müqaviləni ratifikasiya edəcəyinin gözlənildiyi bildirilir. Cari ayın sonunadək müqavilənin 50 ölkə tərəfindən imzalanacağının mümkünlüyü də qeyd edilir ki, bu da onun qüvvəyə minməsi üçün tam əsas verir.

Xatırladaq ki, Nüvə Silahının Ləğvi Barədə Müqavilə BMT tərəfindən 2017-ci ildə qəbul edilib. Sənəddə nüvə silahı ilə bağlı istənilən fəaliyyəti qadağan edən hərtərəfli tədbirlər əksini tapıb. Müqavilə nüvə silahının istənilən istifadəsini beynəlxalq humanitar qanunvericiliyin prinsip və qaydalarının pozulması kimi müəyyən edir. Müqavilənin qüvvəyə minməsi üçün o, 50 dövlət tərəfindən ratifikasiya olunmalıdır.

Lakin nüvə silahına malik və ya Yaponiya kimi ABŞ-ın nüvə çətiri altında olan ölkələr həmin müqaviləni imzalamaqdan imtina edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.