CƏMİYYƏT


Daha bir qrup şəhid ailəsi üzvü sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bakı, 4 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 57 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslər Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.

Yola salınanlar şəhid ailəsi üzvü və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 5200-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 519 nəfəri qazi və şəhid ailəsi üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.