REGİONLAR


Daha bir qrup vətəndaşa damazlıq cins heyvanlar təqdim edilib

Gəncə, 10 avqust, Elcan Məmmədov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində daha bir qrup vətəndaş aktivlərlə təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərində baş tutan tədbirdə Gəncə, Şəmkir və Göygöldən olan 25 vətəndaşa simmental cins iribuynuzlu damazlıq heyvanlar, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib. Aktivlərlə təmin edilən şəxslər arasında şəhid ailəsi üzvləri, qazilər və vətən müharibəsində iştirakçıları da var.

“İlk dəfədir ki, özünüməşğulluğun inkişafı çərçivəsində belə layihədə iştirak edirəm. Bir cüt heyvan, avadanlıqlar və yemlə təmin olundum. Bu cür layihələri təşkil etdiyinə görə dövlətimizə öz təşəkkürümü bildirirəm”, - deyə layihəsi çərçivəsində aktivlərlə təmin edilən Elşən Aslanov deyib.

Qeyd edək ki, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır. Ümumilikdə 200 vətəndaşı əhatə etməsi nəzərdə tutulan layihə çərçivəsində bu günədək 120 vətəndaş aktivlərlə təmin edilib. Yaxın günlərdə daha 80 vətəndaşın bu proqramdan yararlanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.