İQTİSADİYYAT


Daha bir sığorta şirkəti Sığortaçılar Assosiasiyasının üzvü olub

Daha bir sığorta şirkəti Sığortaçılar Assosiasiyasının üzvü olub

 Bakı, 1 noyabr, AZƏRTAC

Ölkədə fəaliyyət göstərən daha bir sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvlüyünə qəbul edilib.

ASA-dan AZƏRTAC-a bildirilib ki, qəbul edilən yeni üzv “Naxçıvansığorta” ASC-dir. Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının 2021-ci ilin 3-cü rübünün yekunlarına həsr olunmuş iclasında “Naxçıvansığorta” ASC-nin ASA-nın üzvü olması ilə bağlı müraciətinə baxılıb. Şirkətin müraciəti Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib və qəbul edilib. Bununla da assosiasiya üzvlərinin sayı, 14-ü qeyri-həyat, 5-i həyat və 1 təkrarsığorta şirkəti olmaqla ümumilikdə 20-yə yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.