ELM VƏ TƏHSİL


Daha iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Bakı Slavyan Universitetində və Bakı Xoreoqrafiya Akademiyasında akkreditasiya qiymətləndirilməsi təşkil olunub.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, akkreditasiya qiymətləndirilməsi agentlik tərəfindən yaradılan ekspertlərdən ibarət komissiya tərəfindən aparılıb. Qiymətləndirilmə nəticəsində hazırlanan yekun hesabatlar əsasında hər iki ali təhsil müəssisəsinin növbəti 5 (beş) il müddətinə akkreditasiya olunmasına dair Təhsil Nazirliyi Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. Müvafiq qərara əsasən agentlikdə hər iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli Qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq olunub. Həmin Qaydalar tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.