CƏMİYYƏT


Daha iki boksçumuz Avropa birinciliyində mərhələ adlayıb

Bakı, 16 avqust, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha 2 idmançısı mərhələ adlayıb.

Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Kioaba (Rumıniya) ilə qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Tsotne Muntçava ilə üz-üzə gələcək.

Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Georgiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib. Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. O, yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.

1/4 final mərhələsinin döyüşləri avqustun 17-də olacaq.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.