İQTİSADİYYAT


Daha iki internet provayderi “SmartPay”ə qoşulub

Bakı, 11 avqust, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə daha iki xidmət əlavə olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə “Star Telecom” və “BeeOnline” internet provayderi də qoşulub.

Artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Star Telecom” və ya “BeeOnline”u seçib, abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Məlumat üçün bildirək ki, “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. Bu xidmət vasitəsilə “SmartPay” terminallarından və 1425 poçt filialından ödəniş etmək mümkündür. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.

Elektron ödənişlər üçün isə “smartpay.az” saytından istifadə etmək olar. Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “SmartPay Wallet” yazıb, axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.

“SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və sair kimi xidmətlərdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.