İDMAN


Daha iki yunan-Roma güləşçimiz V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Daha iki yunan-Roma güləşçimiz V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə dörddəbir finalda türk Murat Dağa 10:1 hesabı ilə qalib gəlib. Rafiq Hüseynov (82 kq) isə türkmənistanlı Toyli Orozovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.