İDMAN


Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurub

Bakı, 7 oktyabr, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün daha üç cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov onaltıdabir final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) məğlub olub. Həmin çəkidə Yaşar Nəcəfov otuzikidəbir finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Cüdoçumuz növbəti görüşdə Adrian Çinarronun (İspaniya) öhdəsindən gələ bilməyib.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) otuzikidəbir finalda Binta Ndiayeyə (İsveçrə) məğlub olub.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Çempionatın ilk günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyiblər. Mundial oktyabrın 13-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.