Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev iclası açaraq gündəliyə üç məsələnin daxil edildiyini bildirib. Komitə sədri gündəliyin birinci məsələsi olan Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edib. Komitə sədri qanun layihəsinin bir neçə ay bundan əvvəl qəbul edilmiş “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar hazırlandığını diqqətə çatdırıb.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə ətraflı məlumat verərək, “Qida təhlükəsizliyi haqqında” Qanunun 2023-cü il yanvarın 1-də qüvvəyə minməsi ilə “Yeyinti məhsulları haqqında” Qanunun qüvvədən düşdüyünü bildirib. Ona görə də təqdim olunan layihədə “Yeyinti məhsulları haqqında” Qanunda ərzaq təhlükəsizliyi ilə bağlı olan müddəalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna köçürülür. Komitə sədri hazırkı şəraitdə prioritet məsələyə çevrilmiş əhalinin ərzaq təhlükəsizliyi ilə bağlı müddəalar barədə ətraflı məlumat verib, dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən dövlət proqramlarından danışıb, Azərbaycanda ərzaq məhsulları ilə təminatın yüksək səviyyədə olduğunu qeyd edib. O, təklif olunan əlavə və dəyişikliklərin istehlakçıların hüquqlarının müdafiəsi, ərzaq məhsullarının keyfiyyətinin artırılması, ən əsası ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətindən söz açıb, layihənin dövlət ərzaq ehtiyatlarının təmini, dövlət ərzaq balansının tutulması üçün hansı imkanlar yaratdığını şərh edib. Komitə sədri digər əlavə və dəyişikliklərin, uyğunlaşdırma xarakterli düzəlişlərin mahiyyətini də açıqlayıb.

Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova layihədə təsbit olunmuş ərzaq bazarının dövlət tənzimlənməsi ilə bağlı məsələlərdən danışıb, xüsusən də ərzaq balansının tərtibi üçün müəyyən edilmiş məhsullara dair məlumatların formalaşması, toplanması və təqdim edilməsi qaydaları haqqında məlumat verib.

Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov ərzaq balanslarının tərtibi ilə bağlı ölkəmizin təcrübəsi, onun metodologiyası barədə izahat verib, statistik məlumatların toplanması, özəl sektorun statistik hesabatlılığa cəlb olunması qaydalarına aydınlıq gətirib.

Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən, dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrdən, gördüyü işlərdən danışıb, Dövlət Ehtiyatları Agentliyi tərəfindən Dövlət Ehtiyatları Konsepsiyasının, “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısının hazırlanması barədə məlumat verib.

Sonra Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar bir çox normativ hüquqi aktlara dəyişikliklər edilməsi zərurətindən danışıb. Bildirib ki, adıçəkilən qanunda qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı və ixracı ilə bağlı tələblərə uyğun olaraq, Gömrük Məcəlləsinə müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Qeyd edib ki, insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra yeni anlayışların, tənzimləmə və nəzarət mexanizmlərinin də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əlavə edilməsi təklif olunub.

Bundan başqa, “sənəddə qida və yem məhsullarının idxalı və ixracı zamanı sağlamlıq sertifikatının verilməsi, qida obyektlərinin təsdiq olunması ilə bağlı dövlət rüsumunun məbləği və dövlət rüsumundan azadolmalar təklif olunub. Belə ki, obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan aparılacaq, onların təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə 150 manat rüsum alınmaqla həyata keçiriləcək. Layihənin sahibkarların sənədləşmə işlərini yüngülləşdirən digər tərəfləri barədə də danışan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri qeyd edib ki, sənədə əsasən ixrac olunan heyvan mənşəli qida məhsullarını artıq yalnız bir sertifikatla ixrac etmək mümkün olacaq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırovun layihə ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsinin müzakirəsi aparılıb.

Sənədin müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Emin Hacıyev, Rüfət Quliyev, Elnur Allahverdiyev, Azər Badamov, Aydın Hüseynov, İqbal Məmmədov, Müşfiq Cəfərov çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Sonra nazir müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili qalan iki məsələ - “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Bildirilib ki, qanun layihələri mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edir və qeydiyyatın aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ (International Mobile Equipment Identification) nömrəsinin dəyişdirilməsinin və ya surətinin köçürülməsinin, habelə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara mobil operator tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsinin qadağan edilməsi və müvafiq məsuliyyətin nəzərdə tutulması ilə bağlıdır.

Hər iki qanun layihəsi nəzərdən keçirilərək ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO