CƏMİYYƏT


Daha üç qurum “ASAN ödəniş” sisteminə inteqrasiya edilib

Bakı, 3 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Milli Arxiv İdarəsi, Dövlət Reklam Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin (İB) “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.

Vətəndaşlar və hüquqi şəxslər “ASAN ödəniş” sistemi vasitəsilə Milli Arxiv İdarəsi üzrə rüsum ödənişlərini, Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini, “Azəriqaz” İB üzrə isə təbii qazdan istifadəyə görə kommunal xidmət haqqı ödənişlərini həyata keçirə bilərlər.

Müvafiq ödənişləri www.e-gov.az , www.asanpay.az  portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10 000-dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkündür.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Prezident İlham Əliyevin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az  ödəniş portalı və terminalları, www.e-gov.az  portalı eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.