İDMAN


Daha üç yunan-Roma güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Bakı, 8 oktyabr, AZƏRTAC

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın yeddinci yarış günündə - oktyabrın 8-də 60, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Millimizin 3 üzvü bu gün xalça üzərinə çıxacaq. Belə ki, Murad Məmmədov (60 kq) macarıstanlı Kriştian Keçkemeti, Murad Lokyayev (97 kq) İsveç təmsilçisi Pontus Lund, Beka Kandelaki (130 kq) isə Stepan David (Çexiya) ilə qarşılaşacaq.

Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.