MƏDƏNİYYƏT


Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyi qeyd olunacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq tədbir sənətkarın adını daşıyan ev muzeyində gerçəkləşəcək.

Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığına nəzər salınacaq, milli musiqimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Konsert proqramı ilə davam edəcək tədbirdə görkəmli bəstəkarın yaradıcılığına müraciət ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.