ELM VƏ TƏHSİL


Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş kataloq hazırlanıb 

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş kataloq hazırlanıb.

MATM-dan AZƏRTAC-a bildiriblər ki, kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən kataloq iki bölmədən ibarətdir. Burada muzeyin fondlarında mühafizə olunan 286 material yer alıb, eksponatların fotoşəkilləri və annotasiyaları verilib.

Kataloqda mətnlərin müəllifi muzeyin xatirə əşyaları və hədiyyələr fondunun müdiri Rəna Səfərovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.