MƏDƏNİYYƏT
Dahi bəstəkara həsr olunmuş sərgi açılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Milli Musiqi Günü ilə əlaqədar Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları 158 nömrəli tam orta məktəbdə sərgi təşkil ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Milli Musiqi Günü haqqında məlumat verilib. Bildirilib ki, sentyabrın 18-də Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Qeyd edilib ki, dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.