CƏMİYYƏT


“Daily Mail” agentliyi Sofiya robotunun Azərbaycan səfərindən yazıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Dünyanın məşhur “Daily Mail” informasiya agentliyində Sofiya robotunun Azərbaycan səfərinə dair məlumat dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda Sofiya robotunun dünya turu çərçivəsində Prezident İlham Əliyevlə görüşündən əvvəl Bakı Beynəlxalq Hava Limanında qısa müddət ərzində “ASAN xidmət” tərəfindən ilk dəfə elektron viza ilə təmin edilməsi qeyd olunub.

Vurğulanıb ki, elektron hökumət platforması olan “ASAN xidmət” tərəfindən İmişli şəhərində yaradılan yeni mərkəzin açılışı zamanı Sofiya robotu Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı Sofiya Prezident İlham Əliyevlə söhbət edib. O, bu görüşdən məmnunluğunu və Azərbaycanın onu valeh etdiyini bildirib.

Prezident İlham Əliyev söhbət zamanı robot Sofiyanın sıx iş rejiminə baxmayaraq, Azərbaycana səfərindən və onunla birlikdə yeni “ASAN xidmət” mərkəzinin açılışında iştirakından məmnun olduğunu bildirib. Bunun innovasiya olduğu, bizim müasir ölkə qurmaq bacarığımızın və niyyətimizin əks etdirdiyi vurğulanıb.

Məqaləyə keçid üçün bu linkdən istifadə etmək olar: https://dailym.ai/2EQdc8w 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.