RƏSMİ SƏNƏDLƏR
“Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliyin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/21 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ının 2.11.3-cü bəndində “vətəndaşlığını itirmiş” sözləri “vətəndaşlığına xitam verilmiş” sözləri ilə əvəz edilsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov