İDMAN


“Dakar-2019” ralli-reydinin ikinci mərhələsi başa çatıb

Bakı, 9 yanvar, AZƏRTAC

Peruda “Dakar-2019” ralli-reydinin ikinci mərhələsi başa çatıb. Bugünkü Pisko ilə San-Xuan-de-Markona marşrutu üzrə keçirilən mərhələ 342 kilometr olub.

AZƏRTAC xəbər verir ki, start çox uzun olub, belə ki, yolsuzluq avtomobillərinin finişə çatmasından sonra yük maşınları məsafəyə yollanıblar. Ralli üzrə doqquzqat dünya çempionu Sebastyen Leb özünün şəxsi “Peugeot” avtomobilində də qələbə əzmini göstərib. O, ən yaxın rəqibi Nani Romunu səkkiz saniyə geridə qoyaraq finişə birinci çatıb.

İki günün nəticələrinə görə, iki yürüşçü – “Toyota”dan Jinel de Vilyers və Bernhard ten Brinke liderdirlər. Onların arasında fərq 30 saniyədir. Sonuncu qələbəsindən sonra Leb ümumi hesabda beşinci yerə yüksəlib.

“SxS” kateqoriyasında çilili Fransisko Lopes Kontrado ən yaxşı nəticə göstərib. “Can-Am” avtomobilində yarışan bu yürüşçü “Dakar”ın hazırkı çempionu və ilk mərhələnin qalibi Reynaldo Varelanı 19 saniyə geridə qoyub.

Motosikletçilər arasında ikinci mərhələnin qalibi hazırkı dünya çempionu Mattias Valkner olub. KTM motosikletində yarışan lider “Honda” təmsilçisi Rikki Brabeki 22 saniyə arxada qoyub. Ümumi hesabda isə ikinci mərhələdə üçüncü nəticə göstərən Xoan Barreda irəlidədir.

“KAMAZ-master”in nümayəndəsi, “Dakar” rallisinin hazırkı qalibi Eduard Nikolayev ikinci mərhələnin də qalibi olub. O, “Iveco” sükanı arxasında yarışan Jerar de Royanı iki dəqiqə yarım geridə qoyub. “KAMAZ”ın daha bir təmsilçisi Dmitri Sotnikov isə finişə üçüncü çatıb.

Kvadrosikletlərin yarışında da birinci mərhələnin qalibi Nikolas Kavilyasso rəqibi Qustav Qalleqonu böyük fərqlə -11 dəqiqə arxada qoyaraq finişə birinci çatıb. Ondan 14 dəqiqə geridə qalan Aleksandr Jiru üçüncü yeri tutub. Onların hamısı “Yamaha” kvadrosikletində çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.