İDMAN


“Dakar-2019” ralli-reydinin marafon mərhələsi keçirilib

Bakı, 11 yanvar, AZƏRTAC

“Dakar-2019” ralli-reydinin marafon mərhələsi keçirilib. Motosiklet və kvadrosikletlər mərhələni Makeruada, avtomobil, “SxS” və yük maşınları isə Taknada başa vuracaqlar. Hər iki yerdə ekipajlara komandaların köməyindən istifadə etmək qadağan edilib və bu, yalnız Arekipaya çatdıqdan sonra mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, marafon sahəsi yetərincə uzundur: Peru yürüşünün sərt şəraitdə davam edən 351 kilometrlik məsafəsində bir çox maneələrlə qarşılaşmaq mümkündür. Hazırda onlarla iştirakçı finişə çatmayıb.

Motosiklet marafonunda “Honda”nın yürüşçüsü Rikki Brabek inamlı qələbə qazanıb. “Dakar” marafonunun keçmiş qalibi Mattias Valker ondan altı dəqiqə geridə qalıb. Əvvəlki mərhələlərdə liderlik edən Kuintanilla isə liderdən 20 dəqiqə arxadadır və ümumi hesabda birinciliyini itirib. Üçüncü və dördüncü yerləri Tobi Prays və Sem Sanderlend tutublar.

Kvadrosikletçilərin yarışında ciddi dəyişikliklər baş verməyib: argentinalı Nikolas Kavilyasso yenə liderliyini qoruyur və ümumi hesabda rəqibləri ilə fərqi artırıb. Onun həmvətəni Yeremias Ferioli ondan dörd dəqiqə geridədir və onun liderlə ümumi hesabda fərqi 34 dəqiqəyə çatıb. Üçüncü mərhələdə isə Qustavo Qalleqo öz mövqeyini qoruyub saxlayıb.

“SxS” kateqoriyasında yürüş başa çatmayıb, lakin qalibi artıq müəyyən edilib. Rusiyalı Sergey Karyakin mərhələni birinci yerdə başa vurub və ümumi hesabda da Rodriqo Morenonu 14 dəqiqə yarım qabaqlayaraq irəli çıxıb. Əvvəlki lider Jerar Farres bu mərhələdə 16 dəqiqə itirib və üçüncü pilləyə geriləyib.

Avtomobillərin yürüşündə MINI maşınları ilk onluğa daxil olublar. Lakin qələbəni onlar deyil, “Toyota”dan Nasser əl-Attiyə qazanıb. O, ən yaxın rəqibi Stefan Petranseli iki dəqiqə geridə qoyub və ümumi hesabda 9 dəqiqə irəlidədir. Yüksək nəticələr göstərən Sebastyan Leb isə beşinci yerdədir.

Yük avtomobillərinin yarışında “Kamaz-master” komandasının yürüşçüsü Andrey Karqinov finişə birinci çatıb. O, “LIAZ” təmsilçisi Martin Masiki dəqiqə yarım geridə qoyub. “Kamaz-master” komandasının digər üzvü Ayrat Mardeyev isə finişə üçüncü çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.