DÜNYA


Dalay Lama xəstəxanadan evə buraxılıb

Bakı, 12 aprel, AZƏRTAC

Tibet buddizminin lideri XIV Dalay Lama Nyu-Dehli xəstəxanasından evə buraxılıb. Bu barədə AFP agentliyi Dalay Lamanın şəxsi katibinə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Dalay Lamanın şəxsi katibi hazırda onun özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, 83 yaşlı Dalay Lama aprelin 9-da özünü narahat hiss etdiyi üçün Nyu-Dehlidəki xəstəxanaya yeləşdirilmiş və ona ağciyər infeksiyası diaqnozu qoyulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.